Gəncə şəhərində 29 yaşlı qız bıçaqlanıb.

Məlumata görə, şəhərin "Avtozavod" adlanan ərazisində, 1992-ci il təvəllüdlü Ayişə Şehrəddin qızı Əzizovaya 3 bıçaq zərbəsi vurulub.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Qızı bıçaqlamaqda şübhəli bilinən qardaşı, 1990-cı il təvəllüdlü Orxan Sarıyev saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.