“Aqrarkredit” bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasına yeni sədr təyin edilib.
Mia.az Report-a istinadla xəbər verir ki, bu, Ziyəddin Allahverdiyevdir.
O, həm də Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiridir və paralel tutduğu vəzifədə Razim Vəliyevi əvəz edib.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,669 milon manatdır. BOKT 100% dövlətə məxsusdur.