Şabranda baş verən bıçaqlanmanın təfərrüatı məlum olub.

Mia.az "Report"a istinadla xəbər verir ki, rayon sakini, 31 yaşlı A.Babayeva keçmiş əri tərəfindən bıçaqlanıb.

İlkin araşdırmalardan sonra qadını bıçaqlayanın keçmiş əri - Qalib adlı şəxs olduğu müəyyən edilib.

Şabran Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisəni törədən şəxs hələlik saxlanılmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.