Hacıqabulda baş verən qəzada bir ailənin 5 üzvü xəsarət alıb.

Məlumata görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndi ərazisində qeydə alınıb.

"Opel" markalı avtomobillə "Jiquli" markalı avtomobilin toqquşması nəticəsində bir ailənin 5 üzvü - Sumqayıt sakinləri, 2019-cu il təvəllülü Qubadzadə Məhəmməd Ziyarət oğlu, 1957-ci il təvəllüdlü Qurbanov Burxan Fərrux oğlu, 1991-ci il təvəllüdlü İbadova Günel Burxan qızı, 1995-ci il təvəllüdlü Qurbanova Mələk Müslüm qızı və 1966-cı il təvəllüdlü Qurbanova Gülayət Aslan qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır/APA