Neftçalada qətl hadisəsi baş verib.
Hadisə rayonun Həsənabad qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1980- ci il təvəllüdlü Məmmədov Vahid Bayram oğlu qardaşı, 1976-cı il təvəllüdlü Məmmədov Zaur Bayram oğlunu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqlayaraq öldürüb.
Qatil tutulub.
Faktla bağlı araşdırma aparılır/Report.