Casusluqda ittiham olunan iki erməni barəsində cinayət işi tamamlanıb.
Mia.az xəbər verir ki, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə açılan cinayət işinin ibtidai istintaq başa çatıb. Cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Əli Məmmədovun sədrliyi ilə iyulun 14-ə ilkin baxış olacaq.