Sosial şəbəkələrdə 5 saylı şəhər kliniki xəstəxananın həkimi Zöhrab Şamxalovun bıçaqlanması barədə məlumat yayılıb.

Mia.az xəbər verir ki, atası üçün əlillik arayışı ala bilməyən pasiyentin oğlu qastroenteroloqu bıçaqlayıb.

Xəstəxanadan Oxu.az-a belə bir xoşagəlməz halın baş verdiyi bildirilib: “Hadisənin nə səbəbdən baş verməsi ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma başlanıb”.