Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə transfer olub.

Məlumata görə, ASC-nin mətbuat katibi Mayıs Musayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinə direktor təyin edilib/Report.