Quba Rayon İcra Hakimiyyətini başçısı Ziyəddin Əliyev Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədlini məhkəməyə verib.

Mia.az xəbər verir ki, bu barədə jurnalistin özü açıqlama verib.

Bildirib ki, Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət Xaçmaz Rayon Məhkəməsinə təqdim edilib: "İş hakim Anar Sadıqovun icraatına verilib".

Jurnalist bildirib ki, məhkəmədə əlindəki dəlil-sübutları ortaya qoyacaq: "Görün, indi hansımızı daha tez tutacaqlar...".

Xatırladaq ki, jurnalist sosial şəbəkədə icra başçısının 200 nıfərin adına açılan kartları götürməkdə və sair ciddi korrupsiyada ittiham edən yazılar yazıb.

Mia.az