Kamil Şahverdiyev “Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.
K. Şahverdiyev APA-ya açıqlamasında televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunduğunu bildirib.
***
Space TV-yə yeni rəhbər təyin olunub.
Məlumata görə, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.
Kamil Şahverdiyev xəbəri APA-ya təsdiqləyib.
Qeyd edək ki, K. Şahverdiyev uzun illərdir, “Space” TV-də çalışır. O, Rəşid Behbudovun kürəkənidir.
Onu da qeyd edək ki, kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.
Mia.az