Göygöl Rayon Məhkəməsi fitnes məşqçisi Kamil Zeynallı ilə bağlı qərarı açıqlayıb.
Qərara əsasən, K.Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, K.Zeynallı əvvəllər də bir neçə dəfə inzibati qaydada həbs olunub/Report.
***
Fitnes məşqçisi Kamil Zeynallı Göygöl rayonu ərazisində saxlanılıb.
Mia.az Report-a istinadla xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan K.Zeynallı hazırda məhkəmə qarşısına çıxarılır.
Onun nə səbəbə görə, saxlanılması barədə hələlik məlumat yoxdur.