Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.

Məlumata, müvafiq əmrlə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

DİN-in Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.

E.Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.