Vətəndaşları aldadaraq onlardan böyük məbləğdə pul alan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində bu ilin fevral ayından oktyabr ayınadək olan müddətdə 4 Bakı şəhər və 1 Abşeron rayon sakinini aldadaraq onlardan ümumilikdə 45 min manat pul almaqda şübhəli bilinən paytaxt sakini Ç.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.