Gəncədə piyadanı vuran qadın sürücü saxlanılıb.
Mia.az DİN-ə istinadla xəbər verir ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də G.Cəfərovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini A.Şəmilova saxlanılıb.