Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada, 2003-cü il təvəllüdlü Nigar Kərimlini BMW markalı avtomobil vurub. 17 yaşlı qız aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır/APA.