Mingəçevirdə yol qəzası olub.

Hadisə şəhərin Gəncə şosesində qeydə alınıb. “Hyundai” markalı minik maşını yük maşını ilə toqquşub.

Qəza nəticəsində Bərdə rayon sakinləri – 1996-cı il təvəllüdlü Səma Xıdırova və onun körpəsi, 2020-ci il təvəllüdlü Narlı Xıdırova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır/APA.