Marneulinin Axlolalo (Axıllı) kəndində öldürülən azərbaycanlı ana və 22 yaşlı oğlunun qisas zəminində qətlə yetirildiyi məlum olub.
Bu barədə APA-nın yerli bürosuna kənd sakinləri məlumat veriblər.
Bildirilib ki, Axlolalo kənd sakini M.Ə öz əmisinin həyat yoldaşını və 22 yaşlı əmisi oğlunu odlu silahdan atəş açaraq qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.