Xatirə İslam FERMAda! - Fotolar

img

09-11-2013 [13:50]



Müğənni Xatirə İslam Göygölə gedib. 

Mia.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçinin səfərinin məqsədi xeyriyyə işi olub. Belə ki, müğənni kimsəsi olmayan kasıb bir ailəni himayəsinə götürüb: 

"Murovun Göygöl qəsəbəsində yoxsul, evi olmayan bir ailə yaşayır. Onları Xəzər telekanalında yayımlanan "Rezonans” verilişində görmüşdüm. Ailə fermada işləyirmiş. Bir qəza nəticəsində qadın çobanlardan birini öldürüb, həbsxanadadır. Dörd övladı və həyat yoldaşı qəsəbədə çadırda yaşayır. O qədər imkansızdırlar ki, yeməyə çörəkləri, geyinməyə paltarları da yoxdur. Onlara kömək etmək istədim. Uşaqlara qış üçün lazım olan bütün geyimləri, qalın yorğanlar aldım, bir maşın ərzaq apardım. Həyətlərində sadəcə hörülmüş daş ev var, qapısı, pəncərəsi belə yoxdu. 

Yaşadıqları çadır pis gündədir, soyuqdan dayanmaq olmurdu. Onların o evlərini düzəltdirəcəyimə söz verdim, bacardığım qədər kömək edəcəm. O ailəni görəndə ağlayıram”.
 
 

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər
SON XƏBƏRLƏR