İcra başçısının Nabrandakı bağ evi ilə bağlı video yayıldı - Vdeo

img

23-09-2013 [12:59]



Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev 60 fəhlənin pulunu vermir. İcra başçısı Nabranın Dalğalı kəndində özünə 150 min manatlıq bağ evi tikdirib, amma fəhlələrin pulunu vermək istəmir.

İş icraçısı, Xaçmazın Ağayurduoba kənd sakini Zaur Hüseynov redaksiyamıza göndərdiyi videomüraciətdə qeyd edir ki, 4 oktyabr 2012-ci ildən 21 iyun 2013-cü ilə kimi icra başçısının bağında işləyiblər: "60 fəhlə ilə birgə tikinti işləri aparmışıq. Gördüyümüz işə görə bizə 138 min 532 manat pul ödənməli idi. Lakin bizə 101 900 manat verildi. Rafiq Niftəliyev yerdə qalan pulu vermir, deyir ki, get kimə istəyirsən de. Mən iş icraçısı kimi onun bağ evinin tikintisində işlətdiyim insanların pullarının bir hissəsini verə bilməmişəm. Buna görə də Baş Prokurorluğa, prezident İlham Əliyevə və digər qurumlara müraciət etmişəm. Onun bağ evində işləyən 60 nəfərin imzalı sənədi var”.

İş icraçısı videomüraciətində qeyd edir ki, avqustun 1-də Xaçmaz Rayon Məhkəməsinə Rafiq Niftəliyevə qarşı iddiasını təqdim edib: "Məhkəmə iddiaya biganə yanaşır. 2 dəfə Xaçmaz Rayon Məhkəməsində olmuşam. Lakin qarşı tərəf gəlməyib. Buna görə də məhkəmə 30 oktyabra saxlanılıb. Qanunda yazırlar ki, iddiaya 3 ay ərzində baxmalıdırlar, baxmırlar, uzadırlar”.

İş icraçısı qeyd edir ki, icra başçısının bağ evinin inşası üçün alınan mal-materialların sənədlərini də iddia ərizəsinə əlavə edib: "Həmin fəhlələr də dediklərimi təsdiq etməyə hazırdırlar. Ölkə rəhbərliyindən xahiş edirəm icra başçısı haqda ciddi tədbir görülsün”

Məsələ ilə bağlı R.Niftəlityevin də mövqeyini dərc etməyə hazırıq.

pia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR