"Mənə belə zərbə vura bilməzlər" - Yunus Oğuz səhifəsinin ələ keçirildiyini deyir

img

16-12-2019 [18:00]


"Facebook səhifəm məqsədli olaraq ələ keçirildikdən sonra mənə qarşı qərəzli qarayaxmalarda yanımda olduğunuz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm".
 
Mia.az xəbər verir ki, bu sözləri az əvvəl ölkə vətəndaşlıqdan çıxacağı haqda adından xəbər yayılan "Olaylar" qəzetinin Baş redaktoru Yunus Oğuz deyib.
 
O, sosial şəbəkədəki səhifəsində daha sonra belə yazıb: "Qanlı sovet imperiyasına qarşı şərəfli Milli Azadlıq yolu keçmiş, daha sonra müasir Azərbaycan dövlətinin quruculuğunda xidməti olmuş və eyni zamanda, çağdaş dövlətimizin quruculuq yolunda bu gün də şərəflə xidmət edən Yunus Oğuza, dövlətə və dövlətçiliyə zidd olan qüvvələr zərbə vura bilməzlər. Əksinə, o qüvvələr bilsin ki, belə hallar məni daha da mətin edir. Cənab Prezidentin apardığı son islahatlara qarşı məqsədyönlü olaraq təxribat xarakterli qarayaxmalar aparan məkrli qüvvələr anlamalıdılar ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!".
 
Xatırladaq ki, dekabrın 12-də "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuzun Feysbuk-dakı səhifəsində  belə bir açıqlama yayılmışdı: 
 
"Əziz dostlar! Çox az qalıb. Cənab prezidentimə müracət edib məni vətəndaşlıqdan çıxartmağını xahiş edəcəm. Səbəblərini müraciətimdə bildirəcəm".
 
Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR