"Doktoranturaya qəbul qaydaları yeni əsasla həyata keçiriləcək" - Ceyhun Bayramov

img

16-12-2019 [17:50]


Növbəti ildən doktoranturaya qəbul qaydaları yeni əsasla həyata keçiriləcək.

Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, əsas dəyişiklik beynəlxalq səviyyədə qəbul olunmuş imtahanların nəticəsi əsasında və yaxud da mərkəzləşmiş formada xarici dil imtahanının nəticəsinin ilkin mərhələdə nəzərə alınmasıdır: "Hesab edirik ki, XXI əsrdə ciddi doktorantura təhsilindən danışırıqsa, mütləq şəkildə gənc tədqiqatçıların beynəlxalq, qlobal dillərdən hansısa birini mütləq şəkildə peşəkar formada bilməsi vacib və zəruri şərt kimi ortaya qoyulmalı idi və artıq zamanı yetişmiş qərar idi. Düşünürəm ki, bu qərarın da müsbət nəticələrini yaxın illərdə qəbul olunmuş tələbələr vasitəsilə görəcəyik".

C.Bayramov bildirib ki, 2020-2021-ci ildən başlayaraq həmin təsnifata əsasən ali təhsil müəssisələrinin tələbə qəbulu həyata keçiriləcək: "Düşünürəm ki, biz bu vaxtdan çox səmərəli istifadə etməliyik və bu müddət ərzində proqramlarda təhsilin məzmununa çox ciddi baxmalıyıq. Məzmun müasirləşdirilməli və zamanın tələbinə, əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Dünyada beynəlxalq rəqabətli məzunlar yetişdirmək üçün bu istiqamətə xüsusi diqqət yetirməliyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR