"Özüm gizlətdim ki..." - Yadigar Sadıqlı namizədliyini partiyadan xəbərsiz veribmiş

img

16-12-2019 [17:38]


"Müsavat Partiyasının indiki rəhbərliyinin mənim namizədliyimi dəstəkləməyəcəyini bilirdim. Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim. Amma boş yerə vaxt itirməmək üçün hələ dekabrın 12-də 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək öz təşəbbüsümlə müstəqil şəkildə deputatlığa namizədliyimi irəli sürmüşəm". 
 
Mia.az xəbər verir ki, bunu Müsavat Partiyası başqanının sabiq müavini Yadigar Sadıqlı sosial şəbəkədəki səhifəsində  yazıb.
 
O bildirib ki, namizədliyini irəli sürməsini bu ana qədər heç kəsə bildirməyibmiş ki, günah üzərimdə qalmasın: ""Biz irəli sürəcəkdik, amma özü sürdü" deməsinlər deyə.
 
Sabah imza vərəqələrini götürməliyəm. Bilirəm, qeydə almaya bilərlər, bilirəm, min bir əngəl törədəcəklər, bilirəm, məhkəməmdə üzümə duranlar kimi məxluqları yenə üstümə göndərəcəklər, bilirəm, yenə xeyli zəhmət və əsəb xərcləyəcəm. Bir çoxları kimi say xətrinə formal namizədlik olmayacaq, həqiqətən mübarizə aparacağam. Tanrı utandırmasın".

Digər xəbərlər
SON XƏBƏRLƏR