ƏSA Teatrının rəhbəri deputatlığa namizəd oldu

img

16-12-2019 [17:16]


Azərbaycan Respublikasının ilk və tək İnklüziv teatrı olan - ƏSA Teatrının təsisçisi və rəhbəri, rejissor Nihad Qulamzadə növbədənkənar parlament seçkilərində iştirak edəcək. 
 
Mia.az xəbər verir ki, o, 15 saylı Yasamal birinci seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb.
 
Artıq Nihad Qulamzadənin Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün lazımi sənədlər seçki dairəsinin seçki komissiyasına təqdim olunub və seçici imzalarının toplanması üçün kampaniya başlayıb. 
 
Teatrın rəhbəri Yasamal rayonunun sakinləri ilə şəxsən görüşərək, həmsöhbət olub. 
 
Nihad Qulamzadə qeyd edib: "Bütün bu müddət ərzində göstərdiyim fəaliyyətləri və yaxın zamanlarda olan bir çox təklifləri nəzərə alaraq, 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gəldim. Düşünürəm ki, bu qərar xidmət etdiyim sosial-ictimai və mədəni sahəyə daha böyük töhfə vermək üçün bir fürsətdir. Davam edən prosesdə də daima seçicilərlə şəxsən ünsiyyətdə olacağam. Var gücümlə çalışacağam ki, namizədliyimi irəli sürdüyüm ərazinin bütün seçicilərlə görüşüm və problemləri ilə maraqlanım. Hətta qapı-qapı onları axtarmalı olsam belə”
 
Hazırda seçici imzalarının toplanması davam edir. Yaxın günlərdə bu prosesin yekunlaşması gözlənilir.
 
Qeyd edək ki, hazırda 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş ən gənc şəxs Nihad Qulamzadədir.  

Digər xəbərlər
SON XƏBƏRLƏR