Sabir Rüstəmxanlı doğma rayonundan seçkiyə qatılır

img

16-12-2019 [11:57]


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı da növbədənkənar parlament seçkilərində iştirak edəcək. 

Bu barədə VHP-dən Mia.az-a verilən məlumata görə, Sabir Rüstəmxanlı digər tanınmış simalardan fərqli olaraq seçki yarışına paytaxtdan deyil, əyalətdən qatılmaq niyyətindədir. 

Bildirilir ki, VHP sədri namizədliyini 72 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürmək niyyətindədir. Məlumata görə, Sabir Rüstəmxanlının iddiasını hələ açıqlamaması rəqiblərinin kimlər olacağını gözləməsi ilə bağlıdır. 

"Sabir bəy, istənilən halda bu dairədən namizədliyini irəli sürəcək. Sadəcə bilmək istəyir ki, rəqibləri kimlər olacaq. Buna uyğun da seçki strategiyası qururlacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR