Məmuru intihar həddinə kim, yaxud kimlər çatdırıb? - Cinayət işi açıldı

img

16-12-2019 [11:23]


Nərimanov rayon Prokurorluğu icra hakimiyyətinin şöbə müdiri intiharı ilə bağlı məlumat yayıb. 

Mia.az-ın məlumatına görə, bildirilib ki, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlunun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının, eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddin çatdırma) maddəsi cinayət işi başlanıb, iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Xatırladaq ki, E.Əlizadə Nərimanov rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR