Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış olub

img

16-12-2019 [11:22]


Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində partlayış baş verib.

Hadisə Qaradağ Rayon İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində qeydə alınıb.

Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, hadisə ilə bağlı Təcili Yardıma saat 10:14-də daxil olub: "Hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər. Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR