Qusarda kütləvi zəhərlənmə: 5-i uşaq olmaqla 8 nəfər xəstəxanaya yerləşdirilib

img

16-12-2019 [10:37]


Qusar rayonunda dekabrın 15-i gecə saatlarında beşi uşaq olmaqla, bir ailənin 8 üzvü qida zəhərlənməsi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
 
Mia.az "Report"a istinadla xəbər verir ki, rayonun Qələcuq kənd sakinləri – 1963-cü il təvəllüdlü Ağaəfəndi Ağakişiyev, 1989-cu il təvəllüdlü Aygün Ağakişiyeva, Nəsibə Ağakişiyeva, 9 yaşlı Lalə, 8 yaşlı Məhəmmədəli, 7 yaşlı Mədinə, 5 yaşlı Seyidəli, 1 yaşlı Şəfa evdə yedikləri göy qutabından zəhərləniblər.
 
Xəstəxanada müvafiq tibbi yardım göstərildikdən sonra ailə üzvlərinin vəziyyətləri normallaşıb.
 
Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalov bildirib ki, zəhərlənənlərin həyatı üçün heç bir təhlükə yoxdur və onlar bu gün səhər saatlarında evə buraxılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR