Türkiyə 96 min İŞİD terrorçusunu deportasiya edib - Nazir HDP-lilərə sərt cavab verdi

img

15-12-2019 [19:19]


Türkiyə bu günə qədər İŞİD sıralarında döyüşmüş 96 minə yaxın terrorçunu öz ölkələrinə deportasiya edib.

Mia.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu  Böyük Millət Məclisində büdcə müzakirələri zamanı etdiyi çıxışda deyib.

O bildiirb ki, bu terrorçuların 63 minə yaxını əfqanlar olub.

Nazir daha sonra HDP-li bələdiyyə sədrlərinin vəzifədən alınmasına toxunub: "Seçilmişdir deyə kimsənin cinayət etməsinə imkan verə bilmərik. Seçilmiş insan toxunulazdır deyə bir anlayış da yoxdur. İnan ki, biz onları vəzifədən almasaq, daha ağır hadisələr baş verə bilər".

Nazirin bbu sözləri məclisdəki HDP-li deputatların etirazına səbəb olub.

Soylu isə onlara xitabən "Haydı buradan" deyib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR