Xalq artisti Rafael Dadaşov xəstəxanadan evə buraxılıb

img

15-12-2019 [16:27]


Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rafael Dadaşov bir neçə dəqiqə öncə evə buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında tanınmış aktyorun özü deyib: "Şükürlər olsun ki, vəziyyətim indi normaldır. Amma müalicəmi ev şəraitində davam etdirəcəm. Mənə diqqət göstərən hər kəsə, Mərkəzi Neftçilər Xəstəxanasının bütün işçilərinə minnətdaram".

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR