İstirahət günlərinə olan hava proqnozu açıqlanıb

img

13-12-2019 [16:51]


İstirahət günlərinə olan hava proqnozu açıqlanıb. 

Mia.az ETSN-ə istinadla bildirir ki, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturu gecə 2 dərəcəşaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasındahava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Havanın temperaturu gecə 5-8, gündüz 8-12, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 2 dərəcəşaxtadan 3 dərəcəyədək isti, dağlqı ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub küləyi əsəcək.Havanın temperaturu gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq.      

Digər xəbərlər
SON XƏBƏRLƏR