KAMAZ sürücüsü 1,7 kq heroinlə tutuldu

img

13-12-2019 [14:06]


Naxçıvan sakininin avtomobilindən, təqribən, 1,7 kq narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə,  Cəlilabad Rayon Polis Şöbəsi və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının əldə edilən məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naxçıvan şəhər sakini H.Hacıyevin idarə etdiyi "KamAZ” markalı avtomobil Binəqədi rayonu ərazisində saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilin kabinəsinin alt tərəfindəki boşluqdan iki bağlamada çəkisi 1 kiloqram 670 qram heroin aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR