Azərbaycanın göndəriyi 500 min avroluq yardım Albaniyaya təqdim olunub

img

13-12-2019 [12:12]


Azərbaycanın Albaniyaya göndəriyi humanitar yardım rəsmi olaraq təqdim olunub.

 XİN-dən Mia.az-a bildirilib ki, Albaniyada 26 noyabr tarixində baş vermiş 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Hökuməti tərəfindən 500.000 avro dəyərində yardım göstərilmişdir.

Dekabrın 11-də Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri Anar Hüseynov ilə Albaniyanın Yunanıstandakı səfiri Aridana Hobdari arasında keçirilmiş görüş zamanı yardımla bağlı simvolik çek qarşı tərəfə təqdim edilmişdir.

Xanım səfir Azərbaycan Respublikasına yardımına görə ölkəsi adından təşəkkürünü ifadə etmiş və ölkələr arasında mövcud dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR