ABŞ səfiri Azərbaycanın seçkilərə beynəlxalq müşahidəçilər dəvət etmək qərarını alqışlayıb

img

13-12-2019 [12:00]


"Azərbaycan hökumətininin növbədənkənar parlament seçkilərinin gedişatını izləmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının nümayəndələrini dəvət etmək qərarını alqışlayıram".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger hökumətin Milli Məclisə növbədənkənar seçkilərə beynəlxalq müşahidəçilər dəvət etmək qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, azad və demokratik seçkilər Azərbaycanın irəliləməsinə imkan verə bilər.

ABŞ səfiri həmçinin yeni parlamentdə daha çox qadının, o cümlədən sahibkarlar-qadınların olacağına ümid etdiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR