ABŞ Senatının qətnaməsinə rəsmi Ankaradan sərt etiraz: "Heç vaxt məqsədlərinə çatmayacaqlar"

img

13-12-2019 [10:55]


Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Senatının qondarma erməni soyqırımı ilə bağlı qərarına etiraz bəyanatı yayıb.

Mia.az xəbər verir ki, bəyanatda ABŞ Senatının 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanınması ilə bağlı qəbul etdiyi qətnamənin hüquqi baxımdan əsassız olduğu, eyni zamanda, Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi üzrə səyləri sarsıtmaq məqsədi daşıdığı vurğulanıb: 

"ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsində tarixi etibarlılıq və hüquqi əsas yoxdur. Bu, tarixin necə siyasiləşdirilməsinə dair nümunədir. Bu qərar həm də Türkiyə ilə ABŞ arasındakı münasibətləri inkişaf etdirmək səylərini pozmaq üçün atılmış sarsıdıcı cəhddir. Tarixi siyasi məqsədləri üçün istifadə edənlər faktları görməzdən gəlməklə heç vaxt məqsədlərinə çatmayacaqlar. Türkiyənin regiondakı həyati maraqlarını qorumaq üçün mübarizəsi belə ədalətsiz və əsassız qərarlara baxmayaraq, qətiyyətlə davam edəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR