Avropa Mərkəzi Bankı avrozona banklarına 98 milyard avro kredit verib

img

12-12-2019 [15:43]


Avropa Mərkəz Bankı (ECB) uzunmüddətli yenidən maliyyələşdirmə əməliyyatları (TLTRO-III) çərçivəsində kredit proqramının ikinci mərhələsini həyata keçirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, qurum avrozona banklarını 97,7 milyard avro kredit verib.

İllik faiz dərəcəsi 0-0,5% arasında dəyişən 3 illik kreditlərə122 bankdan sifariş daxil olub.

Xatırladaq ki, ilk "TLTRO-III" əməliyyatı bu il sentyabrın 19-da həyata keçirilmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR