Xətainin keçmiş icra başçısı seçkiyə qatıldı: "Artıq sənədlərimi təqdim etdim"

img

12-12-2019 [13:05]


Xətai rayonu İcra Hakimiyyətinin sabiq başçısı, hazırda "Borçalı” Cəmiyyətinin sədri olan Zəlimxan Məmmədli növbədənkənar parlament seçkilərinə qatılıb.

Mia.az xəbər verir ki, u barədə onun özü açıqlama verib.

Zəlimxan Məmmədli bildirib ki, artıq sənədlərini Bakı şəhəri 33 saylı Xətai birinci seçki dairəsinin komissiyasına təqdim edib: "Milli Məclisə seçkilərdə deputatlığa namizədliyimin irəli sürülməsinin təsdiqi üçün tələb olunan sənədləri təqdim etdim. Dostlarınızla qərarımizin doğru olduğunu düşünürük”.

Xatırladaq ki, Z.Məmmədli AXC iqtidarı dövründə həmin rayona başçılıq edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR