Azercell “Yeni İl Kampaniyası”na start verir

img

11-12-2019 [16:12]


Azercell Telekom qarşıdan gələn 2020-ci il münasibətilə "Yeni İl Kampaniyası”na start verir. 

Belə ki, 9.12.2019 – 9.01.2020 tarixləri ərzində davam edəcək kampaniya çərçivəsində iVi, Bookmate, Zvuk xidmətlərdən istifadə edən abunəçilər üçün internet xərcləmələri ödənişsiz olacaqdır. 

Kampaniyadan yararlanmaq üçün abunəçinin xətti 2 tərəfli açıq və balansda minimum 1 azn vəsait olmalı, ən əsası isə, internet xətti aktiv olmalıdır. Abunəçilər kampaniyaya daxil olan xidmətlərin müvafiq  şifrələrini yığaraq Azercell-in təqdim etdiyi bu fürsətdən yararlana bilərlər. 

Qeyd edək ki, iVi Mobil Cinema xidmətinə aylıq qoşulma üçün *302#, Bookmate xidmətinə aylıq qoşulma üçün *533# və Zvuk xidmətinə aylıq qoşulma *707# şifrəsini yığmaq lazımdır. 

Xatırladaq ki, Azercell Plus xidmətləri çərçivəsində təqdim edilən iVi, Bookmate və Zvuk mobil tətbiqləri minlərlə film, kitab və musiqi parçasından limitsiz şəkildə yararlanmaq imkanı yaradır. Azercell abunəçiləri üçün xüsusi güzəştlə təqdim olunan bu rəqəmsal xidmətlərdən bir ay ərzində internet xərcləri ödəmədən yararlanma imkanı şirkətin öz müştərilərinə bayram ərəfəsində təqdim edəcəyi hədiyyələrdən biridir.   

Digər xəbərlər
SON XƏBƏRLƏR