“Holcim (Azərbaycan)” cərimələnib

img

11-12-2019 [13:29]


Bakı Apellyasiya Məhkəməsində "Holcim (Azərbaycan)” ASC-nin inzibati qaydada cərimə edilməsi barədə şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilıən prosesdə qərar elan edilib.

Qərara əsasən, "Holcim (Azərbaycan)”ın şikayəti təmin edilməyib və Qaradağ Rayon Məhkəməsi qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilərək, 300 manat cərimə edib.

2012-ci ilin aprel ayında "Qaradağ Sement” ASC rebrendinq edərək "Holcim (Azərbaycan)" ASC olub və dünyanın aparıcı sement təchizatçılarından olan LafargeHolcim Qrupun bir hissəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR