II Dünya müharibəsində həlak olan azərbaycanlının cəsədi tapıldı - Rusiyada

img

10-12-2019 [17:01]


Rusiyanın Braynsk vilayətində aparlan axtarışlar zamanı II Dünya müharibəsi zamanı cəbhədə həlak olan azərbaycanlıların cəsədi tapılıb.
 
"Report"un Rusiya Bürosunun məlumatına görə, tapılan cəsədlərdən biri Azərbaycanın Hacıqabul rayon sakini Böyükağa Nuhi oğlu Mehdiyevə aiddir.
 
Bryanks vilayətinin rəhbərliyi və Moskvadakı "Azərbaycan" Cəmiyyəti tərəfindən B.Mehdiyevin Azərbaycanda yaşayan qohumları tapılıb. Onların iştirakı ilə azərbaycanlı əsgərin cəsədinin qalıqları Bryanskdakı faşizmlə müharibədə həlak olan insanların məzarlarının olduğu Fəxri xiyabanda təntənəli şəkildə dəfn olunub.
 
Qeyd edək ki, B.Mehdiyev Smolenskin azad olunmasında göstərdiyi qəhrəmanlığa görə, "Qırmızı döyüş bayrağı ordeni" ilə təltif olunub. Daha sonra o, Bryanskın müdafiəsi zamanı qəhrəmancasına həlak olub.
 
Rusiya Müdafiə Nazirliyinin arxivinə verilən sorğu zamanı məlum olub ki, B.Mehdiyev 1943-cü ilin martında almanların nəzarətində olan əraziyə keçərək çoxlu sayda düşməni məhv edib və faşistlərin əks hücumunun qarşısını tək alıb. "Bryansk cəbhəsi" axtarış bölməsinin rəhbəri Maksim Volkov isə açıqlamasında bildirib ki, bu igidliyə görə bölük komandiri ona "Şücaətə görə” medalını təqdim edib.
 
"Lakin diviziya komandiri isə təqdimatı dəyişdirərək Mehdiyevi "Qırmızı ulduz" ordeninə layiq görüb. 50-ci ordunun komandanlığı isə qərara alıb ki, bu cür qəhrəmanlığa görə bu medallar azdır. Ona görə də Mehdiyevə "Qırmızı döyüş bayrağı" ordeni verilib. Məhz bu ordenin sayəsində axtarışlar zamanı tapılan cəsədin Mehdiyevə məxsusluğu müəyyən edilib", - deyə "Bryansk cəbhəsi" axtarış bölməsinin rəhbəri Maksim Volkov vurğulayıb.
 
Xatırladaq ki, azərbaycanlı əsgərin dəfn mərasimində Bryansk vilayətinin qubernator müavini Aleksandr Korobko, Bryansk vilayət Dumasının komitə sədrləri Rusiyanın milli qəhrəmanı Aleksandr Postayalko və Lyudmila Juravlyova, Böyükağa Mehdiyevin Azərbaycanda yaşayan qohumları, Moskvadakı "Azərbaycan" diaspor cəmiyyətinin üzvləri və yerli diaspor fəalları iştirak ediblər.
 
Daha sonra Böyükağa Mehdiyevin axtarışlar zamanı tapılan şəxsi əşyaları və "Qırmızı döyüş bayrağı ordeni" onun Azərbaycandan gələn qohumlarına təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı