Ağcabədidə silsilə oğurluq edən şəxslər saxlanılıb

img

10-12-2019 [16:17]


Bir qrup Ağcabədi rayon sakini müxtəlif vaxtlarda Ağcabədi RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus mağazalardan oğurluq edilməsi barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən xəbərə görə, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini E. Məmmədov və Ağcabədi rayon sakini E. Soltanov saxlanılıb.

 Araşdırmalar zamanı onların rayon ərazisindəki 3 mağazadan 7500 manat dəyərində ərzaq məhsulları və 130 manat nəğd pul oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı hər iki şəxs törtədikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR