Bakıda evdən qızıl-zinət əşyaları oğurlayan qadın saxlanıldı

img

10-12-2019 [13:51]


Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Mia.az DİN-ə istinadla bildirir ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də rayon ərazisindəki evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Loktionova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR