Yardımlıda maşın 15 metrdən dəryə aşıb, sürücü hadisə yerində ölüb

img

10-12-2019 [13:40]


Yardımlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Mia.az DİN-ə istinadla bildirir ki, dekabrın 9-da rayonun Dəlləkli kənd ərazisində kənd sakini, 1954-cü il təvəllüdlü Eyniyev Qurban Şükür oğlu etibarnamə əsasında idarə etdiyi "VAZ-2106” markalı avtomobillə el arasında "Şiringül bulağı” adlanan yerdə hərəkətdə olan zaman idarəetməni itirib. Daha sonra avtomobil 15 metr məsafədən yuvarlanaraq dərəyə düşüb.

Nəticədə avtomobilin sürücüsü Q.Eyniyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı