Ombudsman Səbinə Əliyeva: "Fəaliyyətimizi gücləndirəcəyik"

img

10-12-2019 [12:01]


"Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçildiyim zaman etdiyim çıxışda bildirdiyim kimi, yetkinlik yaşına çatmayan şəxslərin, gənclərin hüquqlarının daha səmərəli təmini istiqamətində fəaliyyətimizi daha da gücləndirəcəyik".

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib.

Ombudsman vurğulayıb ki, gənclərin hüquqi maarifləndirilməsi, hüquq düşüncəsinin və mədəniyyətinin inkişaf edilməsi demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılmasının mühüm cəhətlərindən olmaqla yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsini daha səmərəli təmin etmək baxımından da böyük əhəmiyyət kəsb edir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR