"Xalq heç vaxt iqtidardan qovulmuşlara əhəmiyyət verməyib" - BAXCP rəsmisi

img

09-12-2019 [18:49]


BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı partiyanın mətbuat xidmətinə müsahibə verib. 

Mia.az xəbər verir ki, o, Mili Şuranın sədri Cəmil Həsənlinin BAXCP sədri Qüdrət Həsənquliyevin haqqında səsləndirdiyi fikirlərə sərt cavab verib:

"Cəmin Həsənli ağır şəkər xəstəsi kimi, əlilliyə görə pensiyaçı olduğundan bir çox işlərə yaramır. 

Yeri gəlmişkən, prezident seçkilərində əlilliyə görə pensiya almasını gizlədərək rəsmi sənədlərə daxil etməmişdi və buna görə Əli Əhmədov tərəfindən ifşa olundu. Cəmil Həsənlidən fərqli olaraq Qüdrət bəy heç vaxt öz təcümeyi -halını gizlətməyib".

BAXCP rəsmisi Cəmil Həsənlinin Qüdrət bəyə qarşı niyə belə qəzəbli olmasına da aydınlıq gətirib: 

"Çünki Qüdrət bəy Milli Məclisdə yaşından və statusundan utanmayaraq Səyavuş Novruzova ikrah doğuracaq səviyyədə yaltaqlandığına görə bu adamın əsl kimliyini ictimaiyyətə açıqlayıb. C.Həsənli Prezident yanında Elm komissiyasının üzvü təyin olunandan sonra təhsilin inkişafından necə ağızdolusu danışmasını hamı televiziyalarda seyr edib. Bu kiçik maraq adamı indi düzlükdən, haqq-ədalətdən danışır. Qüdrət bəy onunla bağlı bildiklərinin az bir qismini gənclərə açıqlayıb. 

Məsələn, deyib ki, xalq hərəkatı zamanı BDU-da AXC-nin İdarə Heyətinin üzvü olsa da, hamı bilirdi ki, o, mərhum rektor Mirabbas Qasımovun işverəni idi. AMİP-in üzvü olsa da, AXC hakimiyyətə gələn kimi ordan istefa verib, Əli Kərimlinin təqdimatı ilə Prezident Administrasiyasında vəzifə aldı. Qüdrət bəy deyirdi ki, C.Həsənli Əli Kərimlinin qəbuluna gələrkən ona elə formada yaltaqlanırmış ki, ondan sadəcə iyrənirmiş. C.Həsənli YAP-ın dəstəyi ilə deputat seçiləndən sonra Əli Kərimliyə və AXCP-yə tüpürərək ordan istefa verdi, gedib Milli Məclisdə oturdu. Prezident seçkiləri zamanı Zahid Oruc ona dedi ki, axı, sən deputat olanda bütün digər millət vəkilləri kimi, hər il mərhum prezident Heydər Əliyin qəbrini həm doğum, həm anım günü ziyarət edib, qəbrinin önünə gül dəstəsi qoyub baş əymisən. Indi ona münasibətdə niyə belə tərbiyəsizlik edirsən? 

Bu adam deputat olarkən övladına 7-ci mikrorayondakı "Cıdır" restoranında toy etdi. Toya az sayda hərəkatçı dost-tanışını çağırsa da, Milli Məclisdəki YAP-ın bütün rəhbərliyini ora dəvət etmişdi. Qüdrət bəy prezident seçkilərində buna sual verdi ki, sən iqtidar təmsilçilərinin pulla sifariş etdiyi kitablarında Heydər Əliyevi öyüb, İlham Əliyev haqqında yazmısan ki, onu liderliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib. Yazdıqlarınla indi dediklərin arasındakı ziddiyyəti necə izah edə bilərsən? Boğazı qurudu. O özündən qəhrəman düzəltmək istəyəndə, bir dəfə Qüdrət bəy danışdı ki, C.Həsənli əlində bir kitab onun yanına gəlib və deyib ki, Akademiyanın Prezidenti Fərəməz Maqsudovla sənin münasibətin var, bu kitabı xahiş edirəm ona çatdır və Əziz Əliyev haqqında yazdığım hissəni ona göstər. Cəmil Həsənov belə adamdır. 

Bu günlərdə özünü öyürdü ki, deputat olanda Zakir Qaralovun əleyhinə Milli Məclisdə çıxış edib. Özünə müxalifətçi deyən bu adam üçün korrupsiyaya görə məhkum olunmuş Əmlak Komitəsinin sədri Fərhad Əliyev Milli Məclis tərəfindən ona verilmiş mənzilin altını özəllişdirmişdi. C.Həsənli də F.Əliyevin əlaltısı kimi həm onun hüquqlarını müdafiə komitəsinin sədri olmuşdu, həm də Fərhad Əliyevə görə Zakir Qaralov əleyhinə danışmışdı. 

Onun müsahibə verdiyi Sevinc Osmanqızına gəldikdə isə, bu adam hətta ABŞ-a köçəndən də sonra iqtidara işləyib. Onun CNN kanalında Birinci xanım haqqında, Azərbaycanda neft bumu, Oğuz-Bakı su kəməri barədə və başqa reportajlarını heç kim yaddaşlardan silə bilməz. Neft pullarının Azərbaycan xalqının mənafeləri üçün necə xərcləndiyini tərənnüm edən bu xanım utanıb susmaq əvəzinə Qüdrət bəyin fəaliyyətinə kölgə salmağa çalışır. Qüdrət bəy Milli Məclisdə həmişə şəhid ailələrinin, qaçqınların, Qarabağ əlillərinin, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi barədə məsələ qaldırıb. Pensiyaların, müəllim və həkimlərin əmək haqqının artırılmasını təklif edib. Uşaqlarımızın çəkisinin az, görmə qabiliyyətinin pis olmasını, boyunun azalmasını hökumətin diqqətinə çatdırıb, uşaq pullarının verilməsinin zəruriliyindən danışıb. Sonuncu büdcə müzakirələri zamanı həmçinin. Osmanqızı kimi Gültəkin Hacıbəyli də bir dəfə Qüdrət bəyə bu barədə böhtan atdı, mən də Qüdrət bəyin çıxışını təkrar çap etdim. Amma bu qadın utanıb üzr istəmədi. Budur bunların dürrüstlüyü. Xalqa nəyin qarşılığında o zaman iqtidarı belə təriflədikləri barədə izahat vermək əvəzinə Osmanqızı və ondan geri qalmayan Hacıbəyli iqtidardan hesabat istəyir. Xalq heç vaxt iqtidardan qovulmuşlara əhəmiyyət verməyib və verməyəcək. Biz isə onları ifşa etməkdə davam edəcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR