Rusiyalı futbolçular DÇ-2022-də neytral bayraq altında çıxış edəcək?

img

09-12-2019 [18:12]


"Rusiya millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazansa, futbolçular neytral bayraq altında mübarizə aparmalıdır".

RİA "Novosti” xəbər verir ki, bunu Ümumdünya Antidopinq Agentliyinin (WADA) Uyğunlaşma Komitəsinin sədri Conatan Teylor bildirib.

Onun sözlərinə görə, Rusiya yığması seçmə mərhələni keçsə, mundialda ölkəni təmsil edə bilməz: "Ancaq onlar Rusiya təmsilçiləri olaraq deyil, neytral əsaslarla müraciət edə bilərlər və sonra necə iştirak edə biləcəkləri barədə qərar veriləcək. Ancaq şərt budur ki, Rusiya bayrağı və nümayəndələri olmasın".

Qeyd edək ki, WADA daha öncə Rusiyanı olimpiadalar və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum edib. Qətərdəki mundial 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı