Hacıqabul Sənaye Məhəlləsində izolyasiya materiallarının istehsalı zavodunun təməli qoyulub

img

09-12-2019 [17:43]


Bu gün İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində Rusiya kapitallı "Penoplekst SPB" şirkətinin izolyasiya materiallarının istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Təməlqoyma mərasimində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və onun Rusiyadan olan həmkarı Azər Talıbov, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, baş ofisi Sankt-Peterburq şəhərində yerləşən Rusiya şirkəti 1998-ci ildən fəaliyyət göstərir. Onun fəaliyyət sahələri əsasən polimer əsaslı istilik və su izolyasiyası, eləcə də dekorativ tətbiqi materiallar istehsalıdır. Şirkət 11-ci zavodunu Azərbaycanda açacaq. Belə ki, hazırda müəssisənin Rusiyada 8, Qazaxıstanda 1, Özbəkistanda da 1 zavodu fəaliyyət göstərir.

Ərazisi 7 hektar olacaq Azərbaycandakı zavoda 6,6 milyon manat investisiya qoyulacaq. Onun məhsullarının əsas satış bazarı Azərbaycanla yanaşı, qonşu Gürcüstan, İran, Qazaxıstan və Rusiya olacaq.

Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsi 2017-ci ildə yaradılıb. Məhəllənin ümumi ərazisi 20 hektar, əsas layihə istiqamətləri ağır maşınqayırma, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, avtomobil, kompozit materialları müxtəlif təyinatlı gübrələr müxtəlif plastik qablar, balıq yemi polipropilen kisə istehsalı, avtomobil şinlərinin və akkumulyatorların təkrar emalıdır. Məhəllədə olan layihələrin ümumi dəyəri 60,95 milyon manatdır/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq