Lavrov sabah Donald Trampla görüşəcək

img

09-12-2019 [16:59]


ABŞ prezidenti Donald Tramp dekabrın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edəcək.

"Report” "dw”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.

Mənbə qeyd edib ki, S.Lavrov ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşəcək. D.Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayen ABŞ prezidentinin rusiyalı naziri qəbul edəcəyini istisna etməyib.

Qeyd edək ki, D.Trampla S.Lavorv arasında ilk görüş 2017-ci ilin mayında Vaşinqtonda olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı