“Paşinyan sərsəm bəyanatlarını oturduğu qucaqdan verir” – Fuad Cəfərli

img

09-12-2019 [15:08]


"Biz Ermənistanın baş naziri Nikol Paşinyanın dövründə güllə atmadan, döyüşmədən 11 min hektar ərazini işğaldan azad etmişik. Nikol Paşinyan anlamalıdır ki, əgər biz müharibəyə başlasaq, İrəvanın darvazası önündə dayanacağıq. Onun özü də bunu yaxşı bilir. Sadəcə olaraq işğalçı ölkənin baş nazirinin sərsəm bəyanatlarına əhəmiyyət verməməliyik. Çünki o, öz bəyanatlarını oturduğu qucaqdan verir. Azərbaycan tərəfi istənilən vaxt müharibəyə başlaya bilər. Bu, bizim beynəlxalq hüquqla tənzimlənmiş doğal haqqımızdır”.
 
Bunu Mia.az-a politoloq, beynəlxalq münasibətlər və konfliktologiya üzrə ekspert Fuad Cəfərli deyib. 
 
Politoloq bildirib ki, işğalçı Ermənistanın baş nazirinin qıcıqlandırıcı bəyanatları onun siyasi sonluğunu sürətləndirməkdədir: 
 
"Təbii ki, o bu cür bəyanatları daxili auditoriyaya hesablayır. Daxildəki narazılığı ört-basdır etməyə çalışır. İqtisadi çöküş, sosial məngənə və işsizlik üçbucağında qıvrılan əhalisinin diqqətini Dağlıq Qarabağa yönəltməyə cəhd göstərir. Küçədən hakimiyyətə gəlmiş və səriştəsiz baş nazir anlamır ki, boş vədlər xalqın qarnını doyurmur. Bu mənada Paşinyan sərsəmləyərkən də diqqətli olmalıdır. Çünki onun boş Qarabağ vədləri öz başında çatlaya bilər. Axırda xalqı bu cür vədlərlə bezdirəcək. Ac ermənilər də Sarkisyanı devirdiyi kimi, Paşinyanın da sonunu gətirəcək. Azərbaycanın səbr kasası daşarsa, bu təkcə Paşinyanın deyil, digərlərinin də sonu olacaq”.
 
Politoloqun fikrincə, hazırkı Ermənistan iqtidarının Dağlıq Qarabağ məsələsi ilə bağlı yürütdüyü siyasət mövcud status-kvonun uzadılmasına hesablanıb: "Bu isə yolverilməzdir. Ermənistanın havadarları da anlamalıdır ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək. Ona görə də işğalçılara qulaqburması verməlidirlər. Çünki bizim də səbrimiz tükənməz deyil. Hazırkı dövrdə hər iki ölkənin ordusunu müqayisə etməyə belə adamın dili gəlmir. Bunu Paşinyan da yaxşı başa düşür. O bilir ki, Azərbaycanın 130 minlik ordusu Dağlıq Qarabağa doğru yerisə, təkcə işğal altındakı əraziləri azad etməyəcək. 100 il əvvələ qədər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan İrəvanda da öz hakimiyyətini bərpa edəcək. Görünən odur ki, Nikol Paşinyan bu cür sərsəm bəyanatları ilə həmin müddəti daha da daraltmaqla məşğuldur”.
 
 
 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq