İqtisadiyyat nazirinin müavini: “İndiyə qədər Azərbaycan və Rusiya arasında 200-dən çox sənəd imzalanıb”

img

09-12-2019 [13:41]


"Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq mövcuddur”.
 
Bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında iqtisadyyat nazirinin müavini Niyazi Səfərov deyib.
 
Onun sözlərinə görə, indiyə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə edən 200-dən çox sənəd imzalanıb.
 
"Azərbaycan Rusiyanın regionda ən mühüm ticarət tərəfdaşıdır. Rusiyanın Cənubi Qafqaz regionu üzrə ticarət əməliyyatlarının 45%-i Azərbaycanın payına düşür. İki ölkə arasında ticarət əlaqələri gündən-günə inkişaf edir. Rusiya Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə I yerdə qərarlaşıb”, - N.Səfərov qeyd edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq