"Yas mərasimlərində dəbdəbəli vəziyyət yaradılmasın" - Komitə sədri

img

09-12-2019 [12:20]


"Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı zamanında fətva verib və çağırış edib ki, yas mərasimlərində dəbdəbəli vəziyyət yaradılmasın, o cümlədən israfçılığa yol verilməsin".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həmin çağırış tövsiyə xarakterli xarakterli olub:

"İslamda yas mərasimləri ilə bağlı mütəxəssislərin, imamlarımızın geniş açıqlamaları var. Bir var adət-ənənələr, bir var İslamdan irəli gələn vacib şərtlər. Əgər biz İslami dəyərlərə diqqət yetirsək, İslam dinindəki mərasim tamamilə başqa formada olmalıdır. Amma bizdə yas mərasimləri bəzən adət-ənənələrdən irəli gələn məsələlərlə bağlı özünü büruzə verir. Burada hər hansı bir qadağadan söhbət gedə bilməz, yalnız təbliğat, tövsiyələr yolu ilə həll edilə bilər".

M.Qurbanlı bildirib ki, yas mərasimlərinə hansısa müdaxilədən söhbət gedə bilməz:

"Bu məsələ təbliğat yolu ilə tədricən öz həllini tapacaq. İndiyə qədər verilən tövsiyələr kifayət qədər təsir göstərib, bir çox yerlərdə yas mərasimlərinin sadələşdirilməsi istiqamətində əhali özü razılığa gələrək bu addımı atıb. Bir çox kəndlərdə, rayonlarda ümumi razılıqla bu məsələləri həll ediblər".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı